BAKI, 24 sentyabr. TELEQRAF
İtaliya müdafiə naziri Quido Krozetto, İspaniyanın “El Mundo” nəşrinin Rusiyanın İtaliya, İspaniya və Fransaya mümkün dron hücumları ilə bağlı məlumatını təsdiqləməyib.
Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
“İspaniya qəzetinin bu səhər Rusiyanın İtaliya, İspaniya və Fransaya mümkün dron hücumları barədə çaldığı “həyəcan təbili” heç kim üçün faydalı deyil və təsdiqi yoxdur”, - İtaliya müdafiə naziri deyib.
Krozetto əlavə edib ki, hazırkı vəziyyətdə yoxlanılmamış məlumat yaymağa dəyməz: “Onsuz da çətin və gərgin dövrdə yaşayırıq və heç kimin belə bir vəziyyətdə oda yağ tökməsinə ehtiyac yoxdur”.