BAKI, 22 sentyabr. TELEQRAF

“Vilnüs Rusiyanın mümkün hücumuna qarşı Litva əhalisinin təxliyəsi planları hazırlayıb, amma bu halda təslim olmaq niyyətində deyilik”.

Teleqraf xəbər verir ki, bunu Litva Baş naziri Mindauqas Sinkyaviçus BBC-yə verdiyi müsahibədə deyib.

Hökumət başçısının sözlərinə görə, vətəndaşlar ölkənin hava məkanının tez-tez dronlar tərəfindən pozulması fonunda Rusiya təhlükəsini daim hiss edirlər.

“Əgər bizə hücum edilsə, vuruşacağıq, döyüşə girəcəyik”, - Sinkyaviçus vurğulayıb.

Litva Baş naziri qeyd edib ki, hökumət müxtəlif ssenarilər üçün planlar hazırlayıb. Məsələn, zərurət yaranarsa, tıxacların qarşısını almaq üçün yaşlı vətəndaşların şəhərlərdən təhlükəsiz və rahat şəkildə təxliyə edilməsi planlaşdırılır.

“Müxtəlif ssenarilər haqqında düşünürük. Onların hamısı ictimaiyyətə açıqlanmır. Biz konkret təhdidlərlə üzləşirik. Hər gün yox, amma bu təhdidlər mövcuddur və bizim üçün bu, realdır”, - o əlavə edib.