BAKI, 14 avqust. TELEQRAF

Latviya ordusu ölkənin hava məkanını pozan pilotsuz təyyarəni vurub.

Teleqraf xəbər verir ki, bu barədə Latviya Silahlı Qüvvələri məlumat yayıb.

Hadisə ölkənin şimal-şərqində yerləşən Balvi bölgəsində baş verib.

Hadisədən sonra Latviya Silahlı Qüvvələri Rusiyaya yaxın bölgələr üçün hava təhlükəsi xəbərdarlığını ləğv edib.

“Hava məkanımıza təhdid aradan qaldırılıb. Müttəfiq qırıcıları pilotsuz təyyarəni uğurla vurub”, - açıqlamada qeyd edilib.

Dronun mənşəyi barədə rəsmi məlumat yoxdur.