BAKI, 10 iyun. TELEQRAF
Polşa Baş naziri Donald Tusk Ukrayna üzrə danışıqlar prosesinin başlanğıcı hesab olunan E3 formatına qarşı qəzəbini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
O, Varşavanın Böyük Britaniya, Almaniya və Fransa liderlərinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə Londonda keçiriləcək görüşünə dəvət olunmamasından narazılığını ifadə edib.
"Mən Qərbi Avropada Putinlə Ukrayna ilə bağlı dialoqun və ya söhbətin tez bir zamanda başlanması ilə bağlı ortaya çıxan fikirlərə çox ehtiyatla yanaşıram", - deyə Polşa Baş naziri xəbərdarlıq edib.
O, Polşanın danışıqlarda mütləq iştirak etməli olduğunu vurğulayıb.