BAKI, 22 may. TELEQRAF
“Budapeşt Memorandumunda göstərilən Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanətləri yerinə yetirilməyib”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Peter Madyar deyib.
“1994-cü ildə Budapeştdə imzalanmış sənəd Ukraynanın ərazi bütövlüyünü və suverenliyini təmin etməli idi, amma beynəlxalq ictimaiyyət öz öhdəliklərini yerinə yetirə bilmədi, Ukraynanın bütövlüyünə və müstəqilliyinə zəmanət vermədi”, - o qeyd edib.
Peter Madyar vurğulayıb ki, indi Ukrayna üçün real təhlükəsizlik zəmanətləri təmin edəcək yeni sülh razılaşmasına nail olmaq lazımdır.