BAKI, 14 may. TELEQRAF
Polşa hərbi təyyarələri Baltik dənizinin beynəlxalq suları üzərində Rusiya kəşfiyyat təyyarəsini geri dönməyə məcbur edib.
Teleqraf xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.
“Təyyarələrimiz Baltik dənizinin beynəlxalq suları üzərində Rusiyaya məxsus İL-20 kəşfiyyat təyyarəsini dayandırıb”, - o bildirib.
Məlumata görə, təyyarə əvvəlcədən təsdiqlənmiş uçuş planı olmadan və transponderləri tam söndürülmüş halda uçuş həyata keçirib. Nazirin fikrincə, bu təsadüfi deyil.
“Bu, Rusiya Federasiyasının növbəti təcavüzkar hərəkətidir, hava hücumundan müdafiə sistemlərimizi yoxlama cəhdidir”, – Kosinyak-Kamış vurğulayıb.
Polşa müdafiə naziri həmçinin qeyd edib ki, belə manevrlər bölgədə uçuş təhlükəsizliyi üçün birbaşa təhlükə yaradır:
“Transponderi söndürülmüş uçuşlar digər təyyarələr üçün risk yarada bilər. Bu cür hər bir təxribat pilotlarımız tərəfindən dərhal cavablandırılacaq”.