BAKI, 24 aprel. TELEQRAF
Polşa Baş naziri Donald Tusk Macarıstan Baş naziri Viktor Orbanın Avropa İttifaqı (Aİ) liderlərinin som sammitində iştirak etməməsi ilə bağlı diqqətçəkən açıqlama verib.
Teleqraf xəbər verir ki, bu barədə o, “uzun illərdən sonra ilk dəfə olaraq Avropa Şurasının iclasında ruslar iştirak etmədi” ifadəsini işlədib.
“Dünən liderlər arasında böyük rahatlıq hissi var idi, çünki uzun illərdən sonra ilk dəfə olaraq zalda ruslar yox idi”, - Baş nazir vurğulayıb.
Tuskun sözlərinə görə, Avropa liderləri arasında tam fərqli əhval-ruhiyyə hökm sürür, bu, təkcə Ukrayna və Rusiya ilə bağlı vəziyyətə görə deyil, həm də Macarıstandakı seçkilərin demokratiyanın hər yerdə uduzmadığına dair açıq siqnala çevrilməsinə görədir.
“ABŞ, Avropa və Rusiyada demokratiyanın avtoritarizmə qarşı heç bir şansının olmadığı barədə fikirlər vardı. Amma bu, belə deyil. Müxalifət lideri Peter Madyarın qələbəsi həqiqətən vacibdir. Bu, Avropanın, demokratiyanın, qanunun aliliyinin gələcəyinin olduğunu və korrupsiya və Viktor Orban kimi siyasi liderlərlə mübarizə aparsaq belə, məhkum olmadığımızı göstərir”, - Polşa hökumətinin başçısı vurğulayıb.