BAKI, 23 aprel. TELEQRAF
Avropa İttifaqı (Aİ) Avropa Təhlükəsizlik Şurasının yaradılması ideyasını aktiv şəkildə müzakirə edir.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Məlumata görə, bu imkan xarici siyasət məsələlərinin müzakirəsi zamanı veto hüququndan imtina edilməsi və Avropa Komissiyasının səlahiyyətlərinin gücləndirilməsi təklifləri ilə yanaşı nəzərdən keçirilir. Bildirilib ki, Avropa Təhlükəsizlik Şurası müdafiə sahəsində qərarlar qəbul etmək mandatına malik yüksək səviyyəli orqan olmalıdır.
Yeni strukturun formalaşdırılması böhran vəziyyətlərində operativ qərarların qəbul edilməsi üçün zəruri hesab olunur.