BAKI, 20 aprel. TELEQRAF
“Belarusun qonşu ölkələrlə müharibə başlatması mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko RT-yə verdiyi müsahibədə deyib.
“Mənim vəzifəm qonşularımı xəbərdar etməkdir- Estoniya, Latviya, Litva, Polşa və bəlkə də müəyyən dərəcədə Ukraynanı. Tanrı qorusun, onlar Belarusa qarşı təcavüz etməsinlər. Biz müharibə istəmirik, onlarla döyüşmək niyyətində deyilik. Belarus ərazisindən Polşa və Litvaya qarşı heç bir müharibə mümkün deyil. Biz buna cəlb olunmadıqca və cavab vermək məcburiyyətində qalmadıqca, bunu etmək niyyətində deyilik. Biz bunu istəmirik”, - o bildirib.