BAKI, 20 yanvar. TELEQRAF

“Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar hələlik dalana dirənməyib”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Hazırda sənədlər üzərində iş gedir. Son mərhələ ən çətin mərhələdir. Danışıqlara gəldikdə, davam edir, qətiyyən dalana dirənməyib. Artıq bir neçə dəfə Rüstəm Umerovla danışmışam, o isə Stiven Uitkoff və Cared Kuşnerlə təmasdadır. Danışıqlar böyük enerji ilə davam edir, amma nəticə lazımdır”, - Zelenski vurğulayıb.