BAKI, 18 yanvar. TELEQRAF

Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri ötən gecə ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus 63 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi idarədən bildirilib ki, Moskva vaxtı ilə yanvarın 17-si saat 23:00-dan yanvarın 18-i saat 07:00-dək olan müddətdə növbətçi HHM sistemləri tərəfindən təyyarə tipli 63 Ukrayna dronu ələ keçirilərək məhv olunub.

Nazirlikdən verilən məlumata görə, PUA-ların əksəriyyəti sərhəd bölgələrində vurulub.