BAKI, 16 yanvar. TELEQRAF

Kanadaya qaçan 2016-cı ildə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin təşkilatçılarından biri olan Camal Karaata adını dəyişdirib.

Teleqraf xəbər verir ki, bu barədə “CNN Türk” mənbələrə istinadla məlumat yayıb.

Kanal bildirib ki, Karatanın soyadını dəyişdirməsinin səbəbi Rusiya tərəfindən qaçırılmaq qorxusudur. Türkiyə tərəfindən axtarışda olan Karaata adını Salih Ada olaraq dəyişdirib.

Rusiya səfiri Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edərkən sui-qəsdə uğrayıb. Hücum edən şəxs hadisə yerində zərərsizləşdirilib. Karlovun qətli ilə bağlı hökm Türkiyə tərəfindən 2021-ci il martın 9-da elan edilib. Beş nəfər ömürlük həbs cəzasına, səkkiz nəfər 5 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunub, altı nəfər isə bəraət alıb. Məhkəmə qaçaq müttəhimlərin işlərini ayrıca icraata götürüb.