BAKI, 14 yanvar. TELEQRAF

Ukrayna Ali Radası Mixaylo Fedorovu müdafiə naziri vəzifəsinə təyin edib.

Teleqraf xəbər verir ki, Ali Radanın 277 deputatı müvafiq qətnamə layihəsinin lehinə səs verib.

Mixaylo Federov bu postda ötən həftə istefa verən Denis Şmıqalı əvəzləyib.

Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl Rəqəmsal Transformasiya Nazirliyinin rəhbəri Mixaylo Fedorovun yeni müdafiə naziri olmasını təklif etmişdi.