BAKI, 5 yanvar. TELEQRAF

Polşa Baş naziri Donald Tusk Avropanın gələcəyi ilə bağlı sərt xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, Polşa liderinin xəbərdarlığı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı nəzarət altına almaqla bağlı hədələri fonunda səsləndirilib.

Tuskun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin xarici siyasət məsələlərində mövqelərinin fərqli olması fonunda birlik olmayacağı təqdirdə, qitə öz sonunu yaşayacaq.

Baş nazir qeyd edib ki, Avropa zəif və parçalanmış olarsa, onu nə düşmənlər, nə də müttəfiqlər ciddi qəbul edəcək.

“Bu, artıq indi daha aydındır. Nəhayət, öz gücümüzə inanmalıyıq, silahlanmanı davam etdirməliyik, əvvəlkindən də daha çox həmrəy olmalıyıq. Hamımız birimiz üçün, birimiz hamımız üçün. Əks halda, məhv olacağıq”, - Donald Tusk vurğulayıb.