BAKI, 3 yanvar. TELEQRAF

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki rəsmi hesabında Venesueladakı son vəziyyətlə bağlı bəyanat yayıb.

Teleqraf xəbər verir ki, o, regionda sabitliyin bərpasının tərəfdarı olduğunu bildirib.

Fon der Lyayenin sözlərinə görə, Avropa Komissiyası beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinə uyğun olaraq həyata keçiriləcək hakimiyyətin sülh yolu ilə və demokratik şəkildə ötürülməsini dəstəkləyəcək.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri öz bəyanatında nə prezident Nikolas Maduronun adını çəkib, nə də onun ABŞ tərəfindən saxlanılaraq ölkədən çıxarılması faktına toxunub. O, yalnız Venesueladakı vəziyyəti "diqqətlə izlədiyini" qeyd etməklə kifayətlənib.