BAKI, 3 yanvar. TELEQRAF

"Avropa İttifaqı Venesueladakı hadisələri diqqətlə izləyir və Nikolas Maduronun yetərli legitimliyə malik olmadığını hesab edir".

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas bildirib.

O, həmçinin ABŞ-nin dövlət katibi Marko Rubio ilə Venesueladakı mövcud vəziyyəti müzakirə etdiyini açıqlayıb. Rəsmi Brüssel tərəfləri yaranmış gərginlik fonunda təmkinlik nümayiş etdirməyə çağırıb.