BAKI, 31 dekabr. TELEQRAF
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin daim təmasdadır, liderlər arasında etimada əsaslanan dialoq qurulub”.
Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Türkiyənin diplomatik mənbələri bildiriblər.
“İki lider etimada əsaslanan dialoq qurub, bu, həm ikitərəfli, həm də regional məsələlərin həllində dəfələrlə effektivliyini sübut edib. Prezident Rəcəb Tayyib Ərdoğan cənab Putini Türkiyəyə səfərə dəvət edib, bunun çox yaxın gələcəkdə baş verəcəyini gözləyirik”, - Türkiyə rəsmisi agentliyə deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl belə bir səfərin mümkünlüyünü açıqlamışdı.