BAKI, 29 dekabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Luqansk, Donetsk (Donbas), Xerson və Zaporojye vilayətlərinin işğal edilməsindən danışıb.
Teleqraf xəbər verir ki, bu barədə o, bu gün Ukrayna ilə bağlı hərbçilərlə keçirdiyi müşavirədə bildirib.
“Donbas, Xerson və Zaporojyenin azad edilməsi (işğalı – red.) xüsusi hərbi əməliyyat planına uyğun olaraq, mərhələli şəkildə həyata keçirilir”, - Putin deyib.
Rusiya lideri iddia edib ki, Ukrayna Silahlı Qüvvələri sözügedən bölgələrdə geri çəkilir