BAKI, 29 dekabr. TELEQRAF

Polşa Baş naziri Donald Tusk Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə danışıqlarının başa çatması perspektivini uzaq hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Tusk ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski arasında keçirilən görüş barədə bildirib: “Danışıqlar hələ bitməyib”.

Polşa Baş naziri ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirakını açıqlamasının uğurlu nəticə olduğunu deyib.

Tusk əlavə edib ki, Rusiyanın şərtləri ilə sülh sazişinin bağlanması Qərb və Ukrayna üçün məğlubiyyət demək olacaq.