BAKI, 21 dekabr. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makronun administrasiyası yaxın günlərdə Rusiya ilə dialoqun bərpası üçün formatın müəyyənləşdirilməsini planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd edilib ki, bu istiqamətdə müvafiq müzakirələr aparılır.
Xatırladaq ki, daha əvvəl Emmanuel Makron Avropanın yaxın həftələrdə Rusiya Prezidenti ilə dialoqu bərpa etməsinin faydalı ola biləcəyini bəyan etmişdi.