BAKI, 21 dekabr. TELEQRAF

"Macarıstan Ukraynaya yardım göstərir və onun dağılmasını istəmir. Ukraynanın süqutu Budapeşt üçün “fəlakət” ola bilər".

Teleqraf xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Baş nazirin sözlərinə görə, Macarıstan hazırda Ukraynaya elektrik enerjisinin 44 faizini, qaz təchizatının isə 58 faizini təmin edir və bu yardım ölkənin ciddi böhrandan yayınmasına kömək edir. Orban qeyd edib ki, müharibə Ukraynanı hər gün zəiflədir və onu gücləndirə biləcək yeganə yol sülhdür.

Bununla yanaşı, Orban Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya yönəltməsi ideyasını tənqid edərək bunun “müharibəyə sürüklənmə” olduğunu deyib və Avropanı Rusiya ilə əlaqələri bərpa etməyə çağırıb.