BAKI, 19 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, “donuz balası” ifadəsi ilə Avropada konkret kimisə nəzərdə tutmayıb, ümumilikdə bir qrup şəxsdən bəhs edib.

Teleqraf xəbər verir ki, o, bu barədə illik mətbuat konfransında danışıb.

“Konkret olaraq heç kimi nəzərdə tutmamışam. Ümumiyyətlə, mən heç vaxt şəxsiləşdirmirəm, özümə belə şeylərə yol vermirəm. Ümumilikdə hüquqşünasların dediyi kimi, müəyyən edilməmiş bir qrup şəxsi nəzərdə tutmuşam. Bəziləri artıq yoxdur, qalanlar isə uzaqdadır. Bu məsələ xeyli əvvəldən var”, - Rusiya Prezidenti qeyd edib.

Vladimir Putin dekabrın 17-də Rusiya Müdafiə Nazirliyinin iclasında bəyan etmişdi ki, Ukraynada münaqişə başlayandan sonra “avropalı donuz balaları” dərhal Rusiyanın dağılması ümidi ilə prosesə qoşulublar. Qərb mediasında onun bu ifadəsinin Avropa İttifaqı liderlərinə yönəlik olduğu bildirilib.