BAKI, 17 dekabr. TELEQRAF
“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin dayandırılması üzrə danışıqlarda mürəkkəb qərarlar qəbul etməyə məcbur olduğuna görə çıxılmaz vəziyyətə düşüb və onun üçün yaxşı variant yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.
“Pis və daha pis qərarlar var. Zelenski bunlardan birini seçməli olacaq”, - sabiq nazir bildirib.