BAKI, 12 dekabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının noyabrın 20-də ələ keçirdiyini elan etdiyi Xarkov vilayətinin Kupyansk şəhərinə səfər edib.
Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə sosial media hesabında məlumat verib.
“Bu gün Kupyansk. Döyüşçülərimiz burada Ukrayna üçün nəticələr əldə edirlər. Ruslar Kupyanskdan danışırdılar, biz də görürdük. Gedib hərbçilərimizlə orada görüşdüm. Hər bir bölməyə, burada döyüşən hər kəsə, işğalçını məhv edən hər kəsə təşəkkür edirəm”, - Zelenski bildirib.

Rusiya Baş Qərargahı noyabrın 20-də Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərinin tamamilə işğalı barədə məlumat yaymışdı.