BAKI, 12 dekabr. TELEQRAF

Türkiyə Müdafiə Nazirliyi sosial media hesabında Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, qurum Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirib.

Paylaşımda Heydər Əliyevdən sitat da gətirilib:

“Azadlıq və müstəqillik hər bir millətin milli sərvətidir”.

Türkiyə Müdafiə Nazirliyinin paylaşımında qeyd edilib:

“Azərbaycanın Ümummilli lideri mərhum Heydər Əliyevi vəfatının 22-ci ilində rəhmət və ehtiramla yad edirik. Mərhum Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını bir miras kimi nəsildən-nəslə ötürəcək, hər zaman Azərbaycan türkü qardaşlarımızla bir və bərabər olmağa davam edəcəyik”.