BAKI, 2 dekabr. TELEQRAF

Dekabrın 1-dən Niderland Silahlı Qüvvələri Polşanın Jeşuv şəhərində yerləşən əsas logistik mərkəzi NATO-nun təhlükəsizliyi üçün qorumağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərkəzin qorunması üçün iki ədəd "Patriot" zenit-raket kompleksi, bir ədəd NASAMS zenit kompleksi, dronlara qarşı mübarizə vasitələri və təxminən 300 hərbçi cəlb edilib.

Missiya 2026-cı il iyun ayının 1-dək davam edəcək.

Qeyd edək ki, bu mərkəz Ukraynaya hərbi yardımın tranzit nöqtəsi kimi mühüm əhəmiyyətə malikdir.