BAKI, 20 noyabr. TELEQRAF
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri bu gün Brüsseldə keçiriləcək görüşdə ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsi üzrə yeni sülh planını müzakirə edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.
"Biz Ukraynada vəziyyəti və ABŞ-nin yeni sülh planını müzakirə edəcəyik. Əlbəttə, bu planın işləməsi və münaqişənin başa çatması üçün həm ukraynalıların, həm də avropalıların razılığı vacibdir",- o qeyd edib.