BAKI, 18 noyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının özü məlumat verib.

“Sabah Türkiyədə görüşlər keçirəcəyəm. Müharibəni sona çatdırmaq üçün mümkün olan hər şeyi etmək Ukrayna üçün ən vacib prioritetdir. İstanbul danışıqlarını yenidən canlandırmağa hazırlaşırıq. Həmçinin, müharibə əsirlərinin dəyişdirilməsi prosesini yenidən başlatmaq və əsirlərimizi evə gətirmək üçün çalışırıq”, - Zelenski bildirib.