BAKI, 20 oktyabr. TELEQRAF
Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin Macarıstanda gözlənilən görüşünü xoşagəlməz adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Lüksemburqda Aİ Xarici İşlər Nazirlərinin Toplantısından əvvəl jurnalistlərə deyib.
“Budapeştə gəlincə, Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) barəsində həbsinə order verdiyi bir şəxsin (Vladimir Putin – red.) bu ölkəyə gələcəyini görmək o qədər də xoş deyil”, - Aİ-nin baş diplomatı vurğulayıb.
Kallas Putinin Budapeştdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşəcəyinə ümid etdiyini bildirib.