BAKI, 16 oktyabr. TELEQRAF

“Avropa İttifaqının Rusiyanın enerji təchizatından imtina etməsi sənaye istehsalının azalmasına, qiymətlərin artmasına və Avropa mallarının rəqabət qabiliyyətinin itirilməsinə səbəb olub”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısının sözlərinə görə, siyasi təzyiq altında bir çox Avropa ölkələri Rusiya neft-qazını almağı dayandırıb və bu, onların öz iqtisadiyyatlarına mənfi təsir edib.

Vladimir Putin qeyd edib ki, bu addımın nəticələrinə sənaye potensialının azalması, enerji xərclərinin artması, Avropa şirkətləri və məhsullarının rəqabət qabiliyyətinin azalması daxildir.