BAKI, 6 oktyabr. TELEQRAF
Prezident Volodimir Zelenski Macarıstanın vetosundan yan keçmək üçün Ukraynanın Avropa İttifaqına daxil olma proseduruna yenidən baxılmasını vacib hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə o, Hollandiya Baş naziri Dik Şofla birgə mətbuat konfransında bildirib.
"Ukrayna Avropa İttifaqına üzv olacaq - Orbanla və ya Orbansız... Proseduru dəyişmək bir yol tapmaq deməkdir. Ukrayna haqqında lətifə uydurmaq sadəcə ədalətsizlikdir. Bunu bu gün özünün təsir imkanlarına arxalanan bir şəxs edir", - Kiyev lideri vurğulayıb.
Zelenski Macarıstan Baş naziri Viktor Orbanın hərəkətləri nəticəsində Ukraynanın Avropaya inteqrasiyasını ləngidiyini bəyan edib və vəziyyəti ədalətsiz adlandırıb.