BAKI, 5 oktyabr. TELEQRAF

Slovakiyanın baş naziri Robert Fitso Avropada dronlara qarşı “divar” layihəsinin mövcud olmadığını açıqlayıb.

Teleqraf xəbər verir ki, o bu barədə “O 5 minút 12” proqramında bildirib.

Baş nazirin sözlərinə görə, hazırda ekspert müzakirələri gedir və dronların vurulması üçün ən optimal üsullar araşdırılır. Fitso vurğulayıb ki, 5 min avroluq dronu vurmaq üçün 300 min avroluq raketdən istifadə etmək məqsədəuyğun deyil.

Qeyd edək ki, 3 oktyabrda ABŞ hərbi analitikləri Şərqi Avropada “dron divarı”nın yaradılmasını real hesab etməyib. Onların fikrincə, layihə Baltikyanı ölkələr və Polşa üçün Rusiyadan gələn “artan təhlükəyə” cavab kimi görünə bilər, lakin Mərkəzi və Qərbi Avropa ölkələri ideyanın effektivliyindən şübhə edir.