BAKI, 5 oktyabr. TELEQRAF
Rusiya Silahlı Qüvvələri növbəti dəfə Ukraynanın Çerniqov şəhərinə pilotsuz uçuş aparatı ilə zərbə endirib. Hücum nəticəsində yanacaqdoldurma məntəqəsi vurulub.
Teleqraf xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Dmitri Brijinski “Telegram” kanalında məlumat verib.
“Düşmən şəhərimizi yenidən hədəfə alıb. Rusiya dronu yanacaqdoldurma məntəqəsinə düşüb”, – deyə o bildirib.
Hadisə yerindən yayılan fotolarda partlayışdan sonra qalxan böyük tüstü sütunu aydın görünür.
Ukrayna mediasının məlumatına görə, hücum yerli vaxtla günorta saatlarında baş verib. Hadisə ilə bağlı dəymiş zərər və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.