BAKI, 5 oktyabr. TELEQRAF
"Almaniya müharibə vəziyyətində deyil, lakin mövcud situasiya Soyuq Müharibəyə bənzədilə bilər".
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.
Nazir deyib:
"Xeyr, biz müharibə vəziyyətində deyilik. Atəş səsləri yoxdur, lakin təxribatlar mövcuddur.
O, son dövrlərdə qeydə alınan hibrid hücumlara diqqət çəkib.
Pistoriyus əlavə edib ki, Almaniya bu situasiyaya təkrar öyrənməli və qorxmağa imkan verməməlidir.