BAKI, 2 oktyabr. TELEQRAF

“Ukraynadakı münaqişəni ancaq mövcud ərazi reallıqlarını (Rusiya işğalını – red.) tanımaqla həll etmək olar”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Kiyev münaqişəyə son qoymaq istəyirsə, onlar nə etməli olduqlarını bilirlər. Bunun üçün mövcud ərazi reallıqlarını tanımalı, Ukraynanı öz dövlətçiliyinin köklərinə qaytarmalı, yəni neytral statusunu bərpa etməli, NATO-ya üzvlük iddialarından və nasist ideologiyasından əl çəkməli və əlbəttə, insan hüquqlarına hörmət etməlidir”, - diplomat bildirib.