BAKI, 2 oktyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı və NATO hava məkanlarını pozan Rusiya PUA-larının məhv edilməsinin mümkünlüyünü etiraf edib.

Teleqraf xəbər verir ki, o, bu barədə Kopenhagendə Avropa Siyasi Birliyinin sammitinin açılışında deyib.

“İnanıram ki, ilkin cavab daha böyük gözlənilməzlik və strateji qeyri-müəyyənlik olmalıdır. Aydın siqnal göndərmək çox vacibdir: hava məkanımızı pozan pilotsuz təyyarələr əhəmiyyətli risk yaradır. Onlar məhv edilə bilər. Əvvəlcədən xəbərdarlıq etməyəcəyik”, - Makron vurğulayıb.

Fransa lideri əlavə edib ki, belə hallarda təyyarələr üçün NATO ilə razılaşdırılmış ayrıca prosedur mövcuddur.