BAKI, 8 noyabr. TELEQRAF

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları keçirilib.

Teleqraf xəbər verir ki, hərbi orkestrlər Heydər Əliyev parkı, Filarmoniya parkı, Fəvvarələr meydanı, Koroğlu parkı, Sahil parkı və Zabitlər parkında nümunəvi çıxışlar ediblər.

Çıxışlar saat 18:00-dək davam edəcək.