BAKI, 8 noyabr. TELEQRAF

Ənsar Allah hərəkatının husi üsyançıları krallığın şərq hissəsindəki Abqaiqdə "Saudi Aramco" şirkətinin obyektlərinə zərbələr endirdiklərini iddia edirlər.

Teleqraf xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Saria bildirib ki, əməliyyat Abqaiqdəki "Aramco" obyektlərini hədəfə alıb.

Hərbi nümayəndənin sözlərinə görə, Səudiyyə Ərəbistanı paytaxtının maliyyə mərkəzinə, eləcə də Yəmənin Əl-Cəvf, Marib və Lahc əyalətlərindəki Ərəbistan koalisiyasının qoşunlarına zərbələr endirilib.

Şənbə günü Saria iddia edib ki, Husilər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını və Saudi Aramco obyektlərini, eləcə də krallığın digər bölgələrindəki hədəfləri vurublar.