BAKI, 8 noyabr. TELEQRAF

Qarabağ zəfərinin 6-cı ildönümü münasibətilə İstanbulda yerləşən “15 Temmuz” körpüsü və Ankaradakı tarixi binalar Azərbaycan bayrağı ilə proyeksiya olunub.

Teleqraf xəbər verir ki, Zəfər Günü münasibətilə Azərbaycan bayrağının qardaş ölkədə əks etdirilməsi insanlar tərəfindən xoş qarşılanıb.