BAKI, 8 noyabr. TELEQRAF
“8 Noyabr - qardaş Azərbaycanın Qarabağda qazandığı tarixi Zəfər milli birlik və həmrəyliyin, Vətən sevgisinin və müstəqillik iradəsinin rəmzidir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyib.
“Qarabağ Zəfəri Azərbaycan türklərinin Vətən torpaqlarına sahib çıxmaq əzmini bütün dünyaya nümayiş etdirdi, yalnız Azərbaycanda deyil, Türkiyədə və bütün türk dünyasında böyük qürur və sevinc hissi ilə qarşılandı.
Bu Zəfər Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəyliyin nə qədər güclü olduğunu bir daha nümayiş etdirdi. Bizim üçün Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü hər zaman milli məsələdir. Çünki Türkiyə ilə Azərbaycan arasındakı bağlar yalnız ortaq tariximizə, dilimizə və mədəniyyətimizə deyil, həm də ortaq taleyimizə və gələcəyimizə əsaslanır.
Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Qarabağda qazanılan Zəfər qardaş Azərbaycanın olduğu qədər bizim də qürurumuzdur. Bu anlayışla Türkiyə və Azərbaycan dünən olduğu kimi, bu gün də, yaxşı gündə də, çətin gündə də bir-birinin yanında olmağa davam edəcək.
Qarabağın azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş əziz şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edir, qəhrəman qazilərimizi ehtiramla salamlayıram. Qardaş Azərbaycan xalqını 8 Noyabr Zəfər Günü münasibətilə ən səmimi arzularımla təbrik edirəm. Bu tarixi Zəfərin Türkiyə-Azərbaycan qardaşlığını və türk dünyasının birlik və həmrəyliyini daha da möhkəmləndirməsini arzulayıram”, - CHP lideri vurğulayıb.