BAKI, 8 noyabr. TELEQRAF
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, nazir bu barədə sosial mediada yazıb.
“Qarabağın otuz illik işğaldan azad olunmasının ildönümünü və qardaşlarımızın Zəfər Gününü ürəkdən təbrik edirəm. Bu böyük Zəfərin memarı olan əziz şəhidlərimizi rəhmətlə, fədakar qazilərimizi isə minnətdarlıqla yad edirəm”, - Göktaş vurğulayıb.