Laçın rayonuna qar yağır

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında rayonda yağan yağış axşam saatlarına doğru qarla əvəzlənib.

Hazırda Laçın rayonunun Qorçu kəndində qar yağışı davam edir.

Qeyd edək ki, bölgədə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar yağıntının qar şəklində davam etdiyi müşahidə olunur.