BAKI, 8 noyabr. TELEQRAF
Qahirənin cənubunda sərnişin qatarının toqquşması nəticəsində azı 4 nəfər ölüb, 88 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında deyilir: "Əl-Əyyat şəhəri yaxınlığında baş verən qatar toqquşmasında xəsarət alanların sayı 88-ə çatıb, 4 sərnişin həlak olub".
Noyabrın 8-i səhər saatlarında Gizadan Fayum şəhərinə gedən qatar Əl-Əyyat şəhəri yaxınlığında Qahirədən Əsvana gedən qatarın arxa hissəsi ilə toqquşub . Qəza nəticəsində bir neçə vaqon relsdən çıxıb. Misir prokurorları qəzanın səbəblərini və şərtlərini araşdırır.