​BAKI, 3 avqust. TELEQRAF

Ötən gecə Rusiyanın Voronej vilayətində hava hücumundan müdafiə qüvvələri və radioelektron mübarizə vasitələri ilə Ukraynaya məxsus 25-dən çox pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat verib.

Bildirilib ki, hücum Voronej şəhəri və vilayətin dörd rayonunda qeydə alınıb.