BAKI, 29 iyul. TELEQRAF

Almaniyanın şərqində hərbi helikopter qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə təhlükəsizlik güclərindəki mənbələrə istinadən "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, qəza Saksoniya Federal Əyalətinin Qrimma şəhəri yaxınlığında qeydə alınıb.

Yerli əhali ərazidə yerləşən çayda vertolyot qalıqları aşkar ediblər.

Hazırda pilotun axtarışları davam edir. Hadisə yerində polis və xilasedicilər işləyir.

Hələlik hadisə ilə bağlı rəsmi açıqlama yoxdur.