BAKI, 9 iyul. TELEQRAF

Belarus Silahlı Qüvvələrində “Oreşnik” raket sistemləri ilə təchiz ediləcək bölmələrin yaradılması prosesi tam başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini Pavel Muraveyko məlumat verib.

Onun sözlərinə görə, bölmələrin formalaşması, maddi-texniki təminatı və inkişafı ilə bağlı bütün məsələlər artıq həll olunub.

Muraveyko bu barədə “SB” nəşrinə verdiyi müsahibəsində danışıb.