BAKI, 9 iyul. TELEQRAF

Vatikan rəhbəri Papa XIV Leo Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tac Katibliyinin yaydığı rəsmi bəyanatda məlumat verilib.

Görüş zamanı Papa Vatikanın Ukrayna münaqişəsinin həlli istiqamətində vasitəçi rolunu oynamağa hazır olduğunu bəyan edib.

Bəyanatda bildirilir ki, Papa XIV Leo Rusiya və Ukrayna nümayəndələrini Vatikanda sülh danışıqlarına dəvət etməyə hazır olduğunu təsdiqləyib.

“Müqəddəs Ata Rusiya və Ukrayna nümayəndələrini Vatikanda danışıqlara dəvət etməyə hazır olduğunu təsdiqləyib”, - deyə bəyanatda qeyd olunur.