BAKI, 7 iyul. TELEQRAF

ABŞ Ukraynaya hərbi yardımı dayandırarsa, Rusiya-Ukrayna münaqişə zonasında nələrin baş verəcəyi ilə bağlı maraqlı məqamlar açıqlanıb.

Teleqraf "The Conversation"də yer alan məlumata istinadla xəbər verir ki, ABŞ-ın hərbi yardımını dayandırması Ukraynanın Rusiyanın təchizat xətlərinə hücumunun qarşısını alacaq.

“Bu, həm də Ukraynanın cəbhə xəttinin arxasındakı Rusiya təchizat xətlərinə və logistika qovşaqlarına hücum etmək imkanlarını məhdudlaşdırır”, - məqalədə deyilir.

Nəşrin qeyd etdiyi kimi, ABŞ Prezidenti Donald Tramp Kiyevdən gələn etirazlara baxmayaraq, yardımı dayandırmaq qərarını geri qaytarmağa tələsmir.