BAKI, 6 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiya paketini təsdiqlədiyini elan edib.

Teleqraf xəbər verir ki, bu barədə o, teleqram kanalında məlumat verib.

Prezident bu dəfəki məhdudiyyətlərin “xüsusi” xarakter daşıdığını və əsasən Rusiya tərəfindən istifadə edilən maliyyə sxemlərini, xüsusilə də kriptovalyuta əməliyyatlarını hədəfə aldığını bildirib.

Zelenski qeyd edib ki, yeni sanksiyalar Ukrayna Milli Bankının təqdimatı əsasında hazırlanıb və ölkənin beynəlxalq tərəfdaşları ilə sinxron şəkildə həyata keçirilir.

Prezidentin sözlərinə görə, artıq sanksiyaya məruz qalmış tək bir şirkət vasitəsilə Rusiya milyardlarla dollar vəsaiti hərbi və sənaye ehtiyacları üçün yönləndirib.

Ənənəvi maliyyə yolları bağlandıqca, Rusiya kriptovalyutaya üz tutur. Biz bu qeyri-ənənəvi sxemlərin də qarşısını alacağıq,” Zelenski Telegram kanalında bildirib.