BAKI, 11 iyun. TELEQRAF

Serbiya Ukraynaya dəstəyini nümayiş etdirmək üçün bu ölkədə bir, yaxud iki şəhəri və ya kiçik bir bölgəni bərpa etmək niyyətindədir.

Teleqraf Serbiyanın "Blic.rs" saytına istinadən xəbər verir ki, bunu Prezident Aleksandr Vuçiç Odessada keçirilən "Ukrayna-Cənub-Şərqi Avropa" sammitində bildirib.

"Prezident Zelenski, bərpa edə biləcəyimiz bir və ya iki şəhəri, yaxud kiçik bir bölgəni seçmək üçün sizin dəstəyinizə ehtiyacımız var", - Vuçiç deyib.

Serbiya Prezidenti əlavə edib ki, Azərbaycan artıq buna bənzər bir şey edib. Onun sözlərinə görə, bu, humanitar yardım və ərazi bütövlüyünə siyasi dəstək baxımından çox əhəmiyyətlidir.